Nigeriyada vəba fəlakəti: Ölənlərin sayı 82 nəfərə çatıb

   Nigeriyada vəba fəlakəti:       Ölənlərin sayı 82 nəfərə çatıb
  16 İyul 2024    Oxunub:739
Nigeriyada vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 82-yə yüksəlib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi açıqlama verib.

Məlumata görə, yanvar ayından bu yana ölkənin 33 əyalətində yayılan vəba epidemiyasına yoluxma sayı 2 min 809-a yüksəlib və ölənlərin sayı durmadan artır.

Xatırladaq ki, iyunun 26-da epidemiya səbəbilə "fövqəladə vəziyyət" elan edilən Nigeriyada ötən il 3 mindən çox vəba hadisəsi görülüb və 100-dən çox insan həyatını itirib.

Qeyd edək ki, Nigeriyada təmiz suyun, effektiv tibb ocaqlarının olmaması xəstəlik və ölüm riskini artırır.

Ölkədə malyariya, poliomielit, tif və meymun çiçəyi kimi epidemiya xəstəliklərinə də tez-tez rast gəlinir.

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti