İsrail "Hizbullah" obyektlərini bombalayıb - VİDEO

   İsrail "Hizbullah" obyektlərini bombalayıb -    VİDEO
  17 İyul 2024    Oxunub:1005
İsrail Hərbi Hava Qüvvələri "Hizbullah"ın gecəboyu 15 raket hücumuna cavabən terror təşkilatına qarşı əməliyyat keçirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail qırıcıları terrorçuların Livanın Yarin, Eyta Əş-Şəb və digər kəndlərində yerləşən qərargahlarına aviazərbələr endirib.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.
Koen: "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır"

Xatırladaq ki, ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi ilə paralel şəkildə Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" təşkilatı arasında da toqquşmalar meydana gəlir. İsrailin energetika naziri Eli Koen dünən ölkənin "Kol Barama" radiosuna açıqlamasında vurğulayıb ki, "terrorçuların hücumların cavabını təkcə "Hizbullah" yox, Livan dövləti də ödəməlidir".

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də ötən ayın əvvəlində ölkənin "Maariv" qəzetinə açıqlamasında bütövlükdə Livanın işğalına çağırmışdı.


Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   hücum  





Xəbər lenti