Ukrayna və Rusiya çox sayda əsir mübadiləsi keçirəcək - "Bloomberg"

Ukrayna və Rusiya çox sayda əsir mübadiləsi keçirəcək    - "Bloomberg"
  17 İyul 2024    Oxunub:1109
Ukrayna və Rusiya genişmiqyaslı məhbus mübadiləsini planlaşdırır. Əgər mübadilə reallaşsa, 90 ukraynalı vətəninə qayıdacaq.
Bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan mənbəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, tərəflər 180 hərbi əsiri dəyişdirməyi planlaşdırır. Razılaşma Birləşmiş Ərəb Əmirliklərinin köməyi ilə iyulun 17-si çərşənbə günü səhər saatlarında həyata keçirilməlidir.

Agentliyin məlumatına görə, tərəflər 90 nəfəri azad etməyi planlaşdırır. Razılaşma baş tutsa, bu il BƏƏ-nin vasitəçiliyi ilə dəyişdirilən əsirlərin ümumi sayı təxminən 1400-ə çatacaq.

Xatırladaq ki, bir müddət öncə Roma Papası Fransisk Ukrayna və Rusiyanın “hamının hamıya” formatında əsir mübadiləsi aparmağa çağırmışdı. Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov bildirib ki, Kiyev bu məsələnin yalnız lehinə ola bilər. Lakin Rusiya məlum prinsipdə maraqlı deyil.
Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Əsir  





Xəbər lenti