Trampa Vensi kim məsləhət görüb

   Trampa Vensi kim    məsləhət    görüb
  17 İyul 2024    Oxunub:455
Ohayo ştatından olan senator Ceyms Devid Vensin vitse-prezident postuna namizədliyini məsləhət görənlər arasında Trampın böyük oğlu Donald Tramp, biznesmen İlon Mask, jurnalist Taker Karlson, Trampın keçmiş baş məsləhətçisi Stiv Bannon və başqaları var.
AzVision.az xəbər verir ki, öz mənbələrinə istinad edən “CNN” telekanalı Ceyms Vensin lobbiçiliyini edənlər arasında habelə daşınmaz əmlak sahəsində investor və Donald Trampın dostu olan Stiv Witkoffun, Alabama senatorları Tommyi Tübervillin və İndiana ştatından senator Cim Benkin adlarını çəkib.

Telekanalın iddiasına görə, Mask son dəqiqələrdə Trampı Vensin xeyrinə seçim etməyə çağıran bir neçə adamdan biri olub. Digər belə şəxs isə kemiş prezidentin oğlu Donald Tramp idi.

“Qulaq as, deyəsən mən onu televizorda görmüşəm. Mən onun demokratlara qarşı necə iş apardığını gördüm. Mən heç kimin bunu daha aydın ifadə etdiyini düşünmürəm və hesab edirəm ki, onun hekayəsi və keçmişi həqiqətən ehtiyac duyacağınız bir çox sahədə sizə lazım olacaq”, - oğul Tramp şam yeməyi zamanı atasına belə dediyini söyləyib.

ABŞ-da potensial qaliblər cütlüyü müəyyənləşdi
İyulun 15-də Viskonsin ştatının Miluoki şəhərində keçirilən Respublikaçılar partiyasının Milli qurultayında ABŞ prezidnetliyinə namizədliyi irəli sürülən Donlad Tramp Ceyms Devid Vensi özünün vitse-prezidenti elan edib. ABŞ-nin indiki prezidenti Co Bayden Vensi “Trampın klonu” adlandırıb, onun vitse-prezidenti Kamala Harris isə Vensi debatlara çağırıb.

Avqustun 2-də 40 yaşı tamam olacaq Vens əvvəllər Trampı tənqid edərək, hətta onu “Amerika Hitleri” adlandırsa da, sonradan mövqeyini kəskin şəkildə dəyişərək, onun barəsində səhv fikifrdə olduğunu bildirib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Vens   məsləhətçilər  





Xəbər lenti