Kanadada güclü yağışlar 167 min evi işıqsız qoydu

Kanadada güclü yağışlar 167 min evi işıqsız qoydu
  17 İyul 2024    Oxunub:445
Ötən gün Kanadada baş verən fırtına və güclü yağış ciddi fəsadlar törədib.
AzVision.az xəbər verir ki, bu barədə “CNNTürk” məlumat yayıb.

Qeyd edilir ki, təbii fəlakət nəticəsində Torontoda küçə və prospektləri su basıb. Təxminən 167 min ev isə işıqsız qalıb. Axtarış-xilasetmə qrupları avtomobillərdə köməksiz vəziyyətdə qalan 14 nəfəri xilas ediblər.
Billy Bishop hava limanında bir çox reyslər təxirə salınıb və ya ləğv edilib.

Hətta məşhur reper Dreyk də sosial şəbəkə hesabında su altında qalan evinin görüntülərini paylaşıb.
AzVision.az



Teqlər:





Xəbər lenti