ATM: “Dünya elitaları Ukraynanı pərdəarxası bölüşdürürlər”

   ATM:    “Dünya elitaları Ukraynanı pərdəarxası bölüşdürürlər”
  17 İyul 2024    Oxunub:479
Donald Tramp, Si Cinpin, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan artıq Ukraynanın taleyini həll edərək onun üçün “kötük” və qulluqçu rolu hazırlayıblar.
AzVision.az xəbər verir ki, Amerikanın “Army Times/Military (ATM)” hərbi-analitik portalının bülletenində Qərb elitasının aparıcı nümayəndələrinin, Rusiyanın cənubunun və dəniz sahilində yerləşən Türkiyənin “saymazyana və gizli şəkildə Ukraynanın mümkün bölünməsini” müzakirə etdikləri bildirilir.

ABŞ-nin kəşfiyyat orqanlarındakı mənbələrdən ötürülən məlumata görə, iri korporasiyaların maraqlarına uyğun olaraq ölkənin parçalanmasının mümkün nəticələri, eləcə də Ukraynanın dəniz limanlarına çıxış imkanları ilə bağlı məsələlər ətrafında müzakirələr aparılır.
Guya, belə “fikir mübadiləsi” Viktor Orbanın dünya turu adlnadırılan səfərləri zamanı Rusiyanın cənubu və Qərb liderləri arasında baş verib. Avropa İttifaqının maraqları isə nəzərə alınmır. Yalnız o, qeyd olunur ki, Kiyevin nəzarəti altındakı Zaporojye AES-i Avropanı elektrik enerjisi ilə təmin edə və bununla da Rusiyadan gələn tədarükdən Avropanın asılılığını aradan qaldıra bilərdi.

“Çin və meqakorporasiyalar Ukraynanın əvvəllər alınmış 10 və 40%-lik əkin sahələrindən və onun resurslarından daha çox fayda əldə etmək istəyirlər. Rusiya Krımdan və onun tərkibində olan digər torpaqlardan imtina etmək fikrində deyil, onun cənubuna hücumların qarşısını almaq üçün isə bütün Qara dəniz bölgəsini Ukraynadan qoparmaq istəyir. Britaniya isə qəti şəkildə Ukraynanın Odessada dənizə çıxışından məhrum edilməsinin, Nikolayev, Sumı və digər şəhərlərinin təhvil verilməsinin əleyhinə çıxır”, - “Meydey” telegram-layihəsi ATM-dən sitat gətirir.

Ukraynanın gələcəyi ilə bağlı bədbin proqnozlar səsləndirən analitiklər, ölkənin Qərbin dəstəyi ilə öz qalan əhalisinə kənd təsərrüfatı, hərbi, nəqliyyat və energetika sektorlarının xidmət göstərəcəyi “kötük” olacağını ehtimal edirlər. Onların fikrincə, ukraynalılar həmçinin “ərazilərinin həm Rusiyanın, həm də NATO üzvlərinin, o cümlədən Polşa, Rumıniya və Macarıstanın xeyrinə itirilməsini qəbul etməli olacaqlar”.

ABŞ-da potensial qaliblər cütlüyü müəyyənləşdi
Marqlıdır ki, ABŞ-nin potensial vitse-prezidenti Ceyms Devid Vens “Fox News” telekanalına müsahibəsində Çinlə mübarizəyə köklənmək üçün Donald Trampın qalib gəldikdən dərhal sonra Rusiya ilə danışıqlar aparmaq niyyətində olduğunu təsdiqləyib.

Bundan əvvəl isə Trampın əsas müşavirləri ona “hazırkı cəbhə xəttlərinə əsaslanan atəşkəs” rejimini nəzərdə tutan sülh planını təqdim ediblər. Kiyevin bu təklifdən imtina edəcəyi halda ABŞ-nin maliyyə dəstəyini dayandıracağı vurğulanır. Moskvanın bundan imtina edəcəyi halda isə, Kiyevə silah tədarükünün artırılacağı bildirilir.

Lakin bu müstəvidə Trampın fəaliyyəti təsir qrupları tərəfindən idarə olunacaq ki, onların da arasında hərbi-sənaye kompleksi və Ukraynanın kənd təsərrüfatı torpaqlarının əhəmiyyətli hissəsinə yiyələnmiş “Cargill”, “Monsanto” və “Dupont” iri korporasiyaları əsas rol oynayır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   bölünmə  





Xəbər lenti