"Tanklarınız Livanın cənubuna doğru hərəkətə keçərsə, artıq tank çatışmazlığından əziyyət çəkməyəcəksiniz, - çünki ümumiyyətlə tanklarınız qalmayacaq", - terror rəhbəri "Aşura" günü münasibətilə İsrailə xitabən müraciəti zamanı vurğulayıb.
O bildirib ki, "Qəzzada müharibə qurtarmadıqca "Hizbullah" da hücumlara davam edəcək". Eyni zamanda, "Livan cəbhəsində vəziyyətlə bağlı diplomatik həll ilə bağlı şayiələri" də yalanlayıb.
Koen: "Şimalda Livana qarşı yeni cəbhə açılmalıdır" |
Xatırladaq ki, Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" təşkilatı arasında toqquşmalar artmaqdadır. İsrailin bir sıra hökumət nümayəndəsi, o cümlədən energetika naziri Eli Koen və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir bu toqquşmaların "həlli" üçün Livanı bütövlükdə ələ keçirməyə çağırıblar.
Firudin Həmidli
AzVision.az