Qırğızıstan prezidentinin qardaşı oğlu yenidən saxlanılıb

Qırğızıstan prezidentinin qardaşı oğlu yenidən saxlanılıb
  17 İyul 2024    Oxunub:431
Qırğızıstanın Milli Təhlükəsizlik Komitəsi (MTK) prezident Sadır Japarovun qardaşı oğlu Ulan Japarovu saxlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Qırğızıstan”ın Telegram kanalı məlumat yayıb.

Nəşrin məlumatına görə, həmin şəxs ağır cinayət törətməkdə ittiham olunur. O, zərərçəkmişlərə xüsusilə külli miqdarda maddi ziyan vurub. Hələlik dövlət başçısının yaxın qohumu avqustun 19-dək həbsdə qalacaq.

Xatırladaq ki, Ulan Japarov bundan əvvəl də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. 2023-cü ilin iyununda o, gömrüklə bağlı korrupsiya sxemlərində iştirakda ittiham edilib və dörd ay sonra ev dustaqlığına buraxılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti