ÜST rəhbəri: Növbəti pandemiya hər an gələ bilər

“Mövcud H5N1 epidemiyası bizə xatırladır ki, növbəti pandemiya hər an gələ bilər”, – ÜST-nin baş direktoru deyib.
O, Hökumətlərarası Danışıqlar qurumu tərəfindən hazırlanan sənədi “nəsillərin razılaşması” adlandıraraq, bu təsisatın həyata keçirdiyi işlərin aktuallığını qeyd edib.
“Danışıqların bu il başa çatdırılması tarixi hadisə olacaq”, – Qebreyesus vurğulayıb.
Sənəd üzərində işin nəticələrinə 2025-ci ilin mayında keçiriləcək 78-ci Ümumdünya Səhiyyə Assambleyasında və ya Assambleyanın 2024-cü ilin sonuna qədər baş tuta biləcək xüsusi sessiyasında yekun vurulacağı gözlənilir.
Bundan əvvəl iyulun 11-də Qebreyesus Cenevrədə keçirdiyi mətbuat konfransında Kamboca və ABŞ-də qeydə alınan son infeksiya hallarına diqqət çəkərək, bütün ölkələri quş qripi üzərində nəzarəti gücləndirməyə çağırıb. O, həmçinin risk qruplarının, xüsusən də yaşı 60-dan yuxarı olan şəxslərin və tibb işçilərinin COVID-19-a qarşı ildə azı bir dəfə peyvənd edilməsinin zəruriliyini xatırladıb.
AzVision.az
Teqlər: