Ben-Qvir: "İndi atəşkəs razılaşması Trampa şillə kimi dəyər"

         Ben-Qvir:       "İndi atəşkəs razılaşması Trampa şillə kimi dəyər"
  18 İyul 2024    Oxunub:1231
"HƏMAS-la atəşkəs və əsir mübadiləsi üzrə razılaşma ABŞ-də prezident seçkilərinin nəticəsi bilinənəcən təxirə salınmalıdır".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir ölkənin Təhlükəsizlik Kabinetinin iclasında çıxışı zamanı dilə gətirib.

"Hazırkı vəziyyətdə istənilən razılaşma Trampa şillə kimi dəyə bilər, Baydenin isə qələbə ehtimalını artırar", - o vurğulayıb.

Nazirin bu fikirləri digər hökumət nümayəndələri tərəfindən etirazla qarşılanıb.
Trampa qarşı sui-qəsd törədilib

Ben-Qvir bu sözləri, görünür ki, ABŞ-nin sabiq lideri, yenidən prezidentliyə namizəd Donald Trampın ötən şənbə sui-qəsd cəhdinə uğraması fonunda söyləyir. Çünki "məzlum vəziyyətə düşərək" seçkilərdə qalib gəlmə şansını artıran Tramp dünyadakı müharibə ocaqlarından birinin Bayden hökuməti vasitəçiliyi ilə "söndürülməsi"ndən məmnun qalmaz. Axı belə şəraitdə öz şansını rəqibinə uduza bilər...

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   ABŞ   Tramp   atəşkəs  





Xəbər lenti