Qızılın qiyməti növbəti rekord səviyyəyə qalxıb

   Qızılın qiyməti növbəti    rekord səviyyəyə    qalxıb
  18 İyul 2024    Oxunub:1714
Dünən birjalarda qızılın qiyməti tarixdə ən yüksək həddə çatıb ki, bu da ABŞ-nin Federal Ehtiyat Sisteminin (FES) sentyabr ayında əsas faiz dərəcəsini azaldacağına dair gözləntiləri gücləndirib.
AzVision.az xəbər verir ki, analitiklər qızılın qiyməytinin yeni rekordlar vuracağını iddia edirlər. Dünən birjalarda bir Troya unsiyasına görə qızılın svop (müxtəlif aktivlərin mübadiləsi) qiymətləri maksimum həddə -2482,29 dollara çatdıqdan sonra günün axırında 2468, 55 dollar civarında sabitləşib. COMEX platformasında (Nyu-York əmtəə birasının bölməsi) isə qızıl alqı-satqısı üzrə fyuçerslərin qiyməti 03,% artaraq bir Troya unsiyasına görə 2474,5 ABŞ dolları təşkil edib.

“İnvestorlar aşağı faiz dərəcələrinə hazırlaşdıqlarına görə, qızılın qiyməti yeni bir həddə çatdı. Yaxın hədəf 2500 dollar diapazonu olacaq, hərçənd, cari dinamika davam edərsə, ilin sonuna qədər daha çox qiymət artımını gözləmək olar. Xüsusilə, ABŞ-da daha əlverişli istehlak qiymətləri indeksini müşahidə etsək, bu, FES-in faizlər üzrə qiymətləndirmədə daha münasib mövqe tutmasına səbəb ola bilər”, - “KCM Trade” şirkətinin bazarlar üzrə baş analitiki Tim Uoterer deyib.

Hazırda bazarlar FES-in sentyabr ayında əsas faiz dərəcəsini ən azı 25 baza bəndi səviyyəsində azaldacağını gözləyir. Aşağı faiz dərəcələri isə adətən qızılı investorlar üçün daha cəlbedici əmtəəyə çevirir.

Bu həftənin ilk günündə FES-in sədri Cerom Pauell, son inflyasiya məlumatlarının qiymət artımı tempinin tədricən mərkəzi bankın hədəf səviyyəsinə qayıtdığına “müəyyən inam yaratdığını” bildirdi. Onun bu bəyanatı yaxın gələcəkdə faiz dərəcələrinin aşağı salınmasını ehtimal etməyə əsas verir.

- Qızıla qiymətlərin artımı geri çəkilərsə, tarixdə ən yüksək qiymətə yaxın olan 2450 dollar səviyyəsi növbəti yüksəlişdən əvvəlki artım üçün investorlara cəlbedici görünəcək”, - “City Index” şirkətinin baş analitiki Mett Simpson vurğulasyıb.

Qeyd edək ki, bir çox ekspertlər qızılın dəyərinin bir Troya unsiyası üçün 2600 ABŞ dollarına çata biləcəyini ehtimal edirlər. Dünyanın bir çox mərkəzi banklarının qiymətli metalların alınmasına böyük maraq göstərməsi, onları maliyyə risklərinin azaldılması vasitəsi kimi görməsi də buna şərait yaradır. Beləliklə də, qızılın qiymətinin qalxması üçün çox əhəmiyyətli səbəb yaranır.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Qızıl   qiymətlər  





Xəbər lenti