Rusiya Zaporojye istiqamətinə qoşun yığır

Rusiya Zaporojye istiqamətinə    qoşun yığır
  18 İyul 2024    Oxunub:281
Ruslar Ukraynanın Zaporojye bölgəsinə yeni hücum dalğası həyata keçirməyə hazırlaşır.
AzVision.az xəbər verir ki, Ukraynanın Mariupol şəhərinin merinin müşaviri Pyotr Andryuşenko belə məlumat yayıb.

“Rusların sıralarında qəribə hərəkətlər baş verir. Son bir həftənin tendensiyasını nəzərə alsaq, görərik ki, düşmən yenidən Zaporojyedə cəmləşib. Bu dəfə deyə bilərik ki, onlar müxtəlif regionlardan: Novoazovsk və Donetskdən qoşun toplayırlar. Onlar artıq nə Berdyansk, nə də Primorsk vasitəsilə Zaporojye vilayətinə doğru irəliləyirlər. Çox vaxt bu, Rozovka-Pologi, Tokmak istiqamətidir. Yəni cəbhə xəttinə daha yaxındır”, - Andryuşenko deyib.

Onun sözlərinə görə, Rusiya Azov dənizi sahilindəki ehtiyat qüvvələrini və bölmələrini geri çəkir. Bu, Mariupol-Berdyansk aqlomerasiyası, Primorsk, və Kirillovka ərailəridir. Oradan ehtiyatları çıxaran Rusiya həmin qüvvələri indi ən şiddətli döyüşlərin müşahidə olunduğu Donetsk vilayətinin şimalına köçürür.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   Zaporojye  





Xəbər lenti