SOCAR Bakı buxtasını tullantılardan təmizləyir

SOCAR Bakı buxtasını tullantılardan təmizləyir
  18 İyul 2024    Oxunub:1016
"Yaşıl dünya naminə bir sıra tədbirlər keçirilir. Bunlardan biri də Bakı buxtasının abadlaşdırılmasıdır".
AzVision.az xəbər verir ki, bu sözləri SOCAR-ın mətbuat katibi Orxan Hüseynov Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən mediatur zamanı deyib.
Ağ Şəhər bulvarının Şərq istiqamətində "Baku Hotel Boulevard" hotel yaxınlığında neftlə çirklənmiş ərazinin təmizlənməsi layihəsindən söz açan natiq deyib ki, son 3 ay ərzində bu ərazidə əhəmiyyətli işlər görülüb. Onun sözlərinə görə 30,4 hektar ərazinin təmzilənməsi gözlənilsə də, 6 hektaradək ərazinin təmizlənməsi zərurəti yaranıb.

Plana əsasən işlərin iyulun əvvəlinə tamamlanmalıymış. Amma təmizlənmə prosesində nəzərdə tutulmuş sahədən çox, yəni dəniz zolağından şlamın daşınması ila həmin sahə 3, 4 hektardan 6 hektaradak artıb. Bu səbəbdən layihənin bitmə tarixi iyul ayının sonunadək uzadılıb.

"Biz bu işləri uğurla həyata keçiririk. Gələcəkdə də dövlət tərəfindən bu cür nəhəng layihələrin həyata keçirilməsində SOCAR hər zaman öz dəstəyini və töhfəsini verməyə hazırdır”, - deyə o qeyd edib.
AzVision.az



Teqlər:





Xəbər lenti