İlon Mask Olaf Şolzdan cavab tələb edib

   İlon Mask Olaf Şolzdan    cavab tələb edib
  18 İyul 2024    Oxunub:341
Son günlər xeyli fəallaşan və bəyanatları ilə gündəmdə yer alan “SpaceX” şirkətinin banisi və baş direktoru İlon Mask “bu nədir?” sualı ilə kəskin şəkildə Almaniya kansleri Olaf Şolza müraciət edib.
AzVision.az xəbər verir ki, amerikalı iş adamı, milyarder İlon Mask öz “X” hesabında Almaniya kansleri
Olaf Şolzdan Donald Trampa sui-qəsd cəhdini və Maskın özünün mümkün ölümünü dəstəkləyən postlar yazan alman komediya ustası Sebastyan Xotsun açıqlamasına münasibət bildirməsini tələb edib.

“ABŞ prezidentliyinə aparıcı namizədin və mənim ölməyimi istəyən bir şəxs bunun üçün Almaniya hökumətindən pul alır? Bu nədir?”, - yazdığı postda Şolzun akkuntunu qeyd edən İlon Mask cavab istəyib.

Amerikalı iş adamı dövlətə məxsus RBB-də (“Radio Berlin və Brandenburq”) işləyən Hotsun istifadəçiyə mesaj göstərdiyi bir yazıya belə reaksiya verib. Komediya ustası həmin yazıda İlon Maskın müəmmalı şəraitdə mümkün ölümü ilə bağlı fikirlərini şərh edərək, heç nəyin ona sahibkarın bu bəyanatından daha çox ümid vermədiyini bildirib.

Almaniya kansleri Olaf Şolz hələ ki, İlon Maskın yazdığı posta cavab verməyib. Amma yəqin ki, bu cavab özünü çox gözlətməyəcək. Belə ki, Donald Trampa qarşı törədilən sui-qəsddən sonra İlon Mask “X” sosial şəbəkəsində Trampı tam dəstəklədiyini və onun tez sağalacağına ümid etdiyini yazıb. ABŞ-nin potensial prezidenti Trampa qarş sui-qəsdlə bağlı İlon Maskın sorğusunu suyu da üfürə-üfürə içən Olaf Şolzun cavabsız qoyacağı heç inandırıcı görünmür.

ABŞ-da potensial qaliblər cütlüyü müəyyənləşdi
Ümumiyyətlə isə, son günlər İlon Maskın xeyli fəallaşdığı və artıq siyasi arenada tez-tez nəzərə çarpdığı müşahidə olunur. Belə məqamlardan biri də Trampın vitse-prezidentliyə Ceyms Devid Vensin namizədliyini irəli sürməsini Maskın qətiyyətli şəkildə dəstəkləməsidir. Bu baxımdan, Donald Trampın seçkilərdə qələbəsindən sonra amerikalı milyarder sahibkarın İlon Maskın da hansısa yeni bir keyfiyyətdə keçmiş-yeni prezidentin komandasında yer alacağı istisna deyil.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Mask   Şolz  





Xəbər lenti