Azərbaycan internet reytinqində 49-cu yerdədir
"Ookla" müntəzəm olaraq Speedtest tətbiqi vasitəsilə müxtəlif operatorların abunəçiləri tərəfindən alınan internet sürətinin ölçülməsi əsasında araşdırmalar aparır.
Hesabat dövründə 1,38 milyon cihazda 12,75 milyondan çox sınaq aparılıb. 2024-cü ilin iyununda Rusiyada orta yükləmə sürəti 25,63 Mbit/s-ə çatıb ki, bu da bir il əvvəlkindən (24,32 Mbit/s) yüksəkdir.
Reytinqdə ən yaxşı göstəricilər Körfəz ölkələrinə məxsusdur. Məsələn birinci yerdə olan Qətərdə mobil şəbəkənin yükləmə sürəti 334,6 Mbit/s-dir. BƏƏ 2-ci(323,6 Mbit/s), Küveyt isə üçüncüdür(226,6 Mbit/s). İlk 10-luğa Norveç, Danimarka, Cənubi Koreya, İsveçrə, Hollandiya və Səudiyyə Ərəbistanı da daxil olub. Çin yeddinci yerdə (135,7 Mbit/s), ABŞ isə 11-cidir (113,1 Mbit/s).
Keçmiş Sovet İttifaqı ölkələrinə gəldikdə isə burada ən yaxşı göstəricilərlə Baltikyanı ölkələr liderdir: Litva 17 (100,38 Mbit/s), Estoniya 21 (96,09 Mbit/s), Latviya 26-cı yerdədir (86,92 Mbit/s ilə). Həmçinin Rusiyanı qabaqlayan Azərbaycan 49-cu yerdədir- 52,63 Mbit/s. Bundan başqa, Qazaxıstan (54-cü yer, 46,63 Mbit/s), Gürcüstan (60-cı yer, 40,06 Mbit/s), Moldova (63-cü yer, 38,99 Mbit/s), Qırğızıstan da Rusiyadan irəlidədir. (66-cı, 36,73 Mbit/s).
Tural Tağıyev
AzVision.az
Teqlər: