Donetskdə terror aktının qarşısı alınıb - VİDEO

   Donetskdə terror aktının qarşısı alınıb -    VİDEO
  18 İyul 2024    Oxunub:242
Ukrayna hərbçilərinin göstərişi ilə Donetskin Petrovski Rayon Məhkəməsində terror aktı törətməyə təşəbbüs göstərən rusiyalı qadın saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Donetsk departamenti məlumat yayıb.

Bildirilir ki, qadına məhkəmə binasını yandırması üçün pul mükafatı vəd verilib. Qadın bu məqsədlə yanar maddələr hazırlayıb. O, aktı həyata keçirərək, "Ukraynadakı terror təşkilatı sıralarına” qoşulası imiş.

Hazırda qadına qarşı terror aktına təşəbbüs ittihamı ilə iş açılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   terror-aktı  





Xəbər lenti