Fon der Lyayen yenidən Avropa Komissiyasının prezidenti seçilib

   Fon der Lyayen yenidən Avropa Komissiyasının prezidenti seçilib
  18 İyul 2024    Oxunub:356
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen yenidən bu vəzifəyə seçilib.
AzVision.az xəbər verir ki, Avropa Parlamentində keçirilən səsvermədə 401 deputat onun lehinə səs verib.

Bir sıra Avropa lideri, o cümlədən Almaniyanın Kansleri Olaf Şolts, AP-nin prezidenti Roberta Metsola xanım siyasətçiyə bu münasibətlə öz təbriklərini çatdırıblar.

"Mənə səs verən bütün deputatların etimadına görə minnətdarlığımı dilə gətirməkdə çətinlik çəkirəm", - Fon der Lyayen öz "X" hesabında yazıb.

Beləliklə, Ursula fon der Lyayen növbəti 5 il ərzində də Avropa Komissiyasına rəhbərlik edəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Avropa-Komissiyası   prezident  





Xəbər lenti