Zelenski Starmerlə görüşüb - FOTOLAR

   Zelenski Starmerlə görüşüb -  FOTOLAR
  19 İyul 2024    Oxunub:447
Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyaya səfəri çərçivəsində bu ölkənin Baş naziri Kir Starmer görüş keçirib.
AzVision.az xəbər verir ki, Starmerin iqamətgahında ("Dauninq-Strit") baş tutan görüşdə Baş nazir Ukrayna liderinin gəlişini yüksək qiymətləndirib.

"Böyük Britaniya bacardıqca Kiyevi dəstəkləmək naminə parlamentdə yığışacaq. Rusiyanın təcavüzünə qarşı mübarizədə sizə və Ukrayna xalqına dəstəyimizi bir daha göstərmək, sizinlə birlikdə olmaq əzmimizə bir daha təsdiqləmək fürsətini vermək bizim üçün çox dəyərlidir. Odur ki dəvətimizi qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk", - Starmer vurğulayıb.

Zelenski də, öz növbəsində, Britaniyaya Ukrayna ilə həmrəyliyinə və dəstəyinə görə təşəkkürünü dilə gətirib.

"Bu gün istəyirəm ki, müharibədə bizə kömək üçün qəbul edə biləcəyimiz güclü qərarlarla bağlı sizinlə müzakirə aparaq", - o bildirib.
Zelenski Britaniya NK-də çıxış edəcək

Ukrayna liderinin Starmerlə təkbətək görüşünün ardınca ölkənin Nazirlər Kabinetinin iclasında nitq söyləməsi, Rusiyanın neft ixracına qarşı sanksiyaların gücləndirilməsi mövzusunda çıxışı gözlənilir.


Firudin Həmidli
AzVision.az


Teqlər:   Britaniya   Ukrayna   görüş  





Xəbər lenti