Kremldən Trampa cavab

   Kremldən Trampa cavab
  19 İyul 2024    Oxunub:1263
Vladimir Putinin mətbuat katibi Dmitri Peskov keçmiş Amerika prezidenti Donald Trampın hakimiyyətdə olarkən Rusiya və Çinin ABŞ-dan qorxduğunu, sülhün hökm sürdüyünü söyləməsini şərh edib.
“ABŞ-də seçki kampaniyası zamanı iştirakçılar yerli auditoriya üçün nəzərdə tutulan çoxlu bəyanatlar verirlər”, - Peskov bildirib. Onun sözlərinə görə, həmin dövrdə də çoxlu gərginlik, ziddiyyətlər olub.

“Ancaq heç olmasa dialoq var idi. Bu, onu sələflərindən və davamçılarından yaxşı fərqləndirir. Ancaq çoxlu gərgin məqamlar var idi”, - Kreml nümayəndəsi qeyd edib.

Bundan əvvəl Tramp Respublikaçıların Miluokidə keçirilən qurultayında demişdi ki, Ağ Evdə olduğu müddətdə Rusiya və digər ölkələr onun reaksiyasından qorxduqları üçün münaqişələrə girmirdilər.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti