İran Ermənistana qaz ixracını iki dəfə artırır

İran Ermənistana qaz ixracını iki dəfə artırır
  19 İyul 2024    Oxunub:322
"İran qazının Ermənistana ixracı yaxın gələcəkdə iki dəfə artacaq".
AzVision.az xəbər verir ki, bu barədə "SNN" agentliyinə İranın Ermənistandakı səfiri Mehdi Sobhani deyib.

O xatırladıb ki, bir il əvvəl Ermənistan və İran “Elektrik enerjisi üçün qaz” sazişini 2030-cu ilə qədər uzadıb. Belə ki, Tehran hər il Ermənistana 360 milyon kubmetr qaz ixrac edir.

“Biz həmçinin bir neçə ay ərzində istifadəyə veriləcək Ermənistandan İrana üçüncü elektrik ötürücü xəttini demək olar ki, son mərhələyə çatdıra bilmişik”, - deyə səfir bildirib.

Sobhani Ermənistanın İran iqtisadiyyatı üçün mühüm bazar olduğunu vurğulayıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti