Tel-Əvivə PUA hücumunda ölən şəxsin kimliyi müəyyənləşib - FOTO

   Tel-Əvivə PUA hücumunda ölən şəxsin kimliyi müəyyənləşib -    FOTO
  19 İyul 2024    Oxunub:285
Bu gün səhər saatlarında İsrailin Tel-Əviv şəhərinə Yəmən husiləri tərəfindən PUA hücumu nəticəsində həyatını itirən şəxs Belarus vətəndaşıdır.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin "Ynet" agentliyi məlumat yayıb.
Husilər Tel-Əvivə raket zərbəsi endiriblər - FOTO

Bildirilir ki, Yevgeni Ferder adlı həmin şəxs 2 il qabaq Rusiya-Ukrayna müharibəsi başlayanda İsrailə gəlib. 50 yaşlı Belarus vətəndaşı PUA-nın düşdüyü ərazinin yaxınlığındakı hoteldə işləyirmiş.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   PUA   hücum   itki  





Xəbər lenti