İyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb

İyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb
  19 İyul 2024    Oxunub:2146
Ölkə ərazisində iyulun 20-nə gözlənilən hava proqnozu açıqlanıb.
AzVision.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 45-55% olacaq.

Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 14-18 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti