Rusiya amerikalı jutnalistə 16 il cəza kəsdi

Rusiya amerikalı jutnalistə 16 il cəza kəsdi
  19 İyul 2024    Oxunub:1373
Rusiyada Wall Street Journal-ın əməkdaşı Evan Gerşkoviç casusluq ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.
AzVision.az Rusiya KİV-ə istinadla xəbər verir ki, bu barədə Sverdlovsk vilayət məhkəməsi qərar qəbul edib.

İttiham tərəfi bundan əvvəl cəzasını sərt rejimli həbsxanada çəkmək şərtilə juralistə 18 həbs cəzası istəyib. Jurnalist isə özünü təqsirli bilməyib.

Müstəntiqlərin sözlərinə görə, Gerşkoviç MKİ-nin göstərişi ilə Sverdlovsk vilayətində hərbi texnikanın istehsalı və təmiri üzrə ixtisaslaşan "Uralvaqonzavod"un fəaliyyəti haqqında məlumat toplayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti