Üç sığorta agentinin lisenziyası ləğv edilib

Üç sığorta agentinin lisenziyası ləğv edilib
  20 İyul 2024    Oxunub:1638
Azərbaycan Mərkəzi Bankı (AMB) Sahibsoy Tural Sahib oğlunun, eləcə də Məmmədov Tərlan Vidadi oğlunun və Rüstəmov Musa Vəli oğlunun sığorta agenti lisenziyalarını ləğv edib.
Вu barədə AzVision.az -a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar iyulun 8-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.

Lisenziyalar, 1-ci halda könüllü müraciət əsasında, digərlərində isə 12 ay ərzində lisenziyanın qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş halın, lisenziyanın qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yaranmasının nəzərə alınaraq ləğv olunub.


AzVision.az


Teqlər:





Xəbər lenti