Qəzzada ölən jurnalistlərin sayı 161-ə çatıb

Qəzzada ölən jurnalistlərin sayı 161-ə çatıb
  20 İyul 2024    Oxunub:898
Ötən il oktyabrın 7-dən bəri İsrail-HƏMAS müharibəsində həyatını itirən jurnalistlərin sayı 161-ə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ən son hadisədə İsrail qüvvələrinin Cəbaliya qaçqın düşərgəsinə hücumu nəticəsində Məhəmməd Əbu Casir adlı jurnalist həyat yoldaşı və iki uşağı ilə birlikdə həlak olub.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   müharibə   itki   jurnalist  





Xəbər lenti