ABŞ nüvə ilə bağlı məxfiliyi ləğv etdi

ABŞ nüvə ilə bağlı məxfiliyi ləğv etdi
  20 İyul 2024    Oxunub:1061
ABŞ özünün strateji nüvə silahlarına dair cari məlumatların məxfiliyini ləğv edib.
AzVision.az "Axar.az"-a istinadən xəbər verir ki, bu barədə Milli Nüvə Təhlükəsizliyi Agentliyinin 2023-cü ilin sentyabr ayına olan məlumatında deyilir.

Məlumata görə, ABŞ-ın strateji qüvvələrini təchiz etmək üçün nəzərdə tutulmuş 3748 nüvə başlığı var. Hesabatda 1994-cü ildən 2023-cü ilə qədər ABŞ-ın 12 088 nüvə başlığını sıradan çıxardığı məlum olub.

Sonuncu dəfə ABŞ oxşar məlumatı 2021-ci ilin oktyabrında dərc edib. O vaxt onların 3750 nüvə başlığı var idi.

AzVision.az





Teqlər:





Xəbər lenti