Netanyahu ABŞ-yə yollanır - VİDEO

   Netanyahu ABŞ-yə yollanır -    VİDEO
  22 İyul 2024    Oxunub:801
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzadakı müharibənin cari vəziyyəti ilə bağlı danışıqlar aparmaq məqsədilə ABŞ-yə gedir.
AzVision.az xəbər verir ki, o, təyyarəyə minməzdən qabaq mətbuata açıqlamasında Co Baydenin prezidentlik yarışından çəkilməsinə də münasibət bildirib. O, Baydenin xüsusilə müharibə ərzində İsrailə dəstəyini yüksək qiymətləndirib.

"Baydeni 40 qırx ildən artıqdır ki tanıyıram. Əlbəttə, səfər çərçivəsində onunla görüşərək, senator, vitse-prezident və prezidentliyi dövründə İsrail üçün gördüyü işlərə görə təşəkkürümü çatdıracağam", - Netanyahu vurğulayıb.

O həmçinin iki ölkənin daimi tərəfdaşlığını və həmrəyliyini də diqqətə çatdırıb.

"Hər iki ölkə üçün vacib məqsədləri: əsirlərin azadlığa çıxarılması, HƏMAS üzərində qələbə, İranın terror oxuna qarşı müqavimət və bütün İsrail vətəndaşlarının öz evlərinə sağ-salamat qayıtmaları məsələsi ilə bağlı da müzakirə aparacağıq. Müharibə və qeyri-müəyyənlik dövründə İsrailin düşmənləri bilməlidirlər ki, ABŞ və İsrail bu gün, sabah və həmişə bir yerdədirlər", - Baş-nazir bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   ABŞ   Baş-nazir   səfər  





Xəbər lenti