Trampın komandası Zelenskiyə Rusiya ilə danışıqlar aparmağı əmr edib

Trampın komandası Zelenskiyə Rusiya ilə danışıqlar aparmağı əmr edib
  22 İyul 2024    Oxunub:967
ABŞ prezidentliyinə namizəd Donald Trampın komandası artıq Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ilə danışıqların zəruriliyi barədə xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə məşhur irlandiyalı jurnalist Çey Bouz "X" sosial şəbəkəsində yazıb.

Jurnalistin sözlərinə görə, Zelenski artıq Ukraynanın münaqişədə uduzduğunu anlayır. Qərb siyasətçilərinin bəyanatlarına baxmayaraq, Kiyevin Rusiya üzərində xəyali “qələbə” şansı sıfıra bərabərdir.

“Trampın komandasında olanlar da artıq Zelenskiyə deyiblər ki, ona Putinlə danışmaq və döyüşləri bitirmək əmri veriləcək”, – Bouz deyib.

Tural Tağıyev

AzVision.az



Teqlər:





Xəbər lenti