Demokratlar Partiyası yeni namizədi təsdiqləyəcək

   Demokratlar Partiyası yeni namizədi təsdiqləyəcək
  22 İyul 2024    Oxunub:754
ABŞ-nin Demokratlar Partiyasının Konvensiya Qaydaları Komitəsi Co Baydenin prezidentlik yarışından çəkilməsinin ardınca yeni namizədi müəyyənləşdirib təsdiqləmək məqsədilə çərşənbə günü iclas keçirəcək.
AzVision.az xəbər verir ki, bu barədə komitənin həmsədrləri Tim Vals və Le Dotri bildiriblər.

"Açıq, şəffaf, ədalətli və münasib yeni namizədi seçmək komitənin məsuliyyətidir. Məsələyə hərtərəfli, ədalətli və sürətli şəkildə baxış keçiriləcək", - məlumatda vurğulanır.
Kamala Harris ABŞ prezidentliyinə namizədliyini irəli sürüb

Xatırladaq ki, dünən ABŞ Prezidenti Co Baydenin seçkilərdən imtinasından sonra vitse-prezident Kamala Harris Demokratlar Partiyasının nümayəndəsi kimi öz namizədliyini irəli sürüb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   prezident   seçkilər  





Xəbər lenti