"Kreml Baydenin seçki yarışından geri çəkilmək qərarına təəccüblənmədi"- Peskov

   "Kreml Baydenin seçki yarışından geri çəkilmək qərarına təəccüblənmədi"-      Peskov
  22 İyul 2024    Oxunub:1018
"ABŞ-dakı hadisələr bizə heç nəyə təəccüblənməməyi öyrətdi və bu mövzu bizim daxili işimiz deyil, nə də Rusiya üçün prioritet ola bilməz" - deyə Peskov qeyd edib.
AzVision.az "İzvestiya.ru"-a istinadən xəbər verir ki, bu sözləri Dmitri Peskov Ağ Evin hazırkı rəhbəri Co Baydenin prezidentlik yarışını tərk etməsini şərh edərkən deyib.

Peskov həmçinin bildirib ki, "Baydenin qərarlarını qiymətləndirmək Moskvanın yeri deyil, bunu Amerika seçiciləri qiymətləndirməlidir , Kamala Harrisə gəlincə isə o, Putinlə onun bir dənə də olsun təmasını xatırlamır və Kreml hazırda onun namizədliyini dəyərləndirə bilmir".

Elnur Məmmədov

AzVision.az



Teqlər: Peskov   Rusiya   Amerika   Seçki  





Xəbər lenti