Avropa Ittifaqı Ermənistana 10 milyonluq hərbi yardım göndərir

“Bu gün Aİ Şurası Ermənistana Avropa Sülh Fondu çərçivəsində 10 milyon avro dəyərində hərbi dəstək tədbirlərini təsdiqləyib. Yardıma tam təminatlı çadır şəhərciyinin quraşdırılması da daxildir”, - deyə, bəyanatda bildirilir.
Bu arada, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borel sözügedən yardımı “Aİ ilə Ermənistan arasında hərbi-texniki əməkdaşlıqda mühüm addım” adlandırıb. O, bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə və Ermənistanın “Aİ missiyalarında” iştirakına ümidvar olduğunu bildirib.
Məhəmmədəli Həsənli
AzVision.az
Teqlər: