"Tesla" gələn il insanabənzər robotlar buraxacaq

   "Tesla" gələn il insanabənzər robotlar buraxacaq
  22 İyul 2024    Oxunub:939
ABŞ-də fəaliyyət göstərən "Tesla" beynəlxalq avtomobil və texnologiya şirkəti 2025-ci ildə şirkətin işlərində istifadə məqsədilə android robotların istehsalına başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin sahibi, milyarder İlon Mask "X" hesabında bildirib.

Onun sözlərinə görə, həmin robotların hazırda kütləvi satışı nəzərdə tutulmasa da, 2026-ci ildə digər şirkətlərin ehtiyaclarını qarşılamaq üçün istehsal artırıla bilər.

Xatırladaq ki, Mask hələ 2022-ci ildə insanabənzər robot "Optimus"un (digər adı ilə "Tesla Bot") prototipini təqdim etmişdi. Həmin robotun məişət işlərində insanlara kömək məqsədi daşıdığı vurğulanırdı. Mask etiraf etmişdi ki, insanabənzər robotların istehsalının "Tesla"ya elektrikli və avtopilotlu avtomobillərdən daha çox gəlir gətirəcəyi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Tesla   android-robot  





Xəbər lenti