İran nüvə sazişini bərpa etməyə hazırdır

  İran nüvə sazişini bərpa etməyə hazırdır
  22 İyul 2024    Oxunub:933
İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) bərpa etməyə hazırdır.
AzVision.az xəbər verir ki, Pezeşkian hökumətinin formalaşdırılması üzrə məsləhət komitəsinin rəhbəri Məhəmməd Cavad Zərif "X" hesabında belə yazıb.

“Bizim yeni hökumətimiz yeni seçilmiş prezident Pezeşkianın rəhbərliyi altında BHFP və İran qanunlarına uyğun şəkildə dialoq aparmağa hazırdır”, - Zərif qeyd edib.

O, yeni hökumətin bu qərarını gələcək fəaliyyətlər istiqamətində atılan "xoşməramlı addım" kimi dəyərləndirib.

AzVision.az



Teqlər:





Xəbər lenti