Biznesmeni öldürən azərbaycanlı Türkiyədə saxlanıldı
Qeyd edək ki, İş adamı Beso Xardziani 2015-ci il martın 28-də Tbilisinin mərkəzindəki evinin girişində ölümcül yaralanıb. Sonradan istintaq müəyyən edib ki, Xardzianini Qurbanov qətlə yetirib. Ancaq sonradan məlum olub ki, o, qətldə tək iştirak etməyib. Bu cinayətdə ona Rusiya vətəndaşı Oleq Doyev kömək edib. Onlar iş adamına 4 dəfə atəş açıblar. Qətldən sonra həmin gün hər iki şəxs Sarpi keçid məntəqəsindən Gürcüstanı tərk ediblər.
2017-ci ilin sentyabrında Tbilisi Şəhər Məhkəməsi hər ikisini 19 il müddətinə azadlıqdan məhrum edib, lakin prokurorluq hökmdən apellyasiya məhkəməsinə şikayət edib. 2018-ci ilin martında apellyasiya məhkəməsi Qurbanovu qiyabi olaraq qeyri-müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edib və Doyevin cəzası isə dəyişməz qalıb. O, hazırda beynəlxalq axtarışdadır.
İş adamının niyə öldürüldüyü və qətlin sifarişçisinin kim olduğu hələlik məlum deyil. Biznesmenin ailəsi əmindir ki, iş adamı "Tısbağa gölü"nün səhmlərinin bölünməsi məsələsinə görə qətlə yetirilib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: