Rusiya ordusu 50 əcnəbi təlimatçını "İskəndər"lə vurdu - VİDEO

Rusiya ordusu 50 əcnəbi təlimatçını "İskəndər"lə vurdu    - VİDEO
  23 İyul 2024    Oxunub:426
Rusiya Ukrayna müharibəsində “İsgəndər-M” raketlərindən yenidən aktiv şəkildə istifadə etməyə başlayıb.
AzVision.az xəbər verir ki, Rusiyanın Müdafiə Nazirliyi bu təhlükəli raketdən növbəti dəfə uğurla istifadə olunması barədə məlumata yayıb.

Qeyd edilir ki, “İsgəndər-M” kompleksinin ekipajı Xarkov vilayətində qərb ölkələrindən olan təlimatçılar və muzdluların müvəqqəti yerləşdirildiyi məntəqəyə zərbə endirib: "Derqaçi kəndində endirilən zərbə nəticəsində 50-yə yaxın təlimatçı həlak olub".

Rusiya Müdafiə Nazirliyi əməliyyatı əks etdirən videonu da yayıb.


Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   İskəndər  





Xəbər lenti