Gömrükdə bəyanetmə qaydaları dəyişib
![Gömrükdə bəyanetmə qaydaları dəyişib Gömrükdə bəyanetmə qaydaları dəyişib](https://azvision.az/photos/2024/03/eli-esedov-yeni-1710488848.jpg)
Qərara əsasən, gömrük orqanlarının malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər etməsinə və yaxud onu geri götürməsinə icazə verilən halların sayı artırılıb. Siyahiya aşağıdakı hallar da əlavə edilib:
- malların buraxılışı həyata keçirildikdən sonra 3 il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;
- Gömrük Məcəlləsinin 46-cı fəslinə uyğun olaraq gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;
- bu Qaydaların 14.10-cu bəndində göstərilmiş hal istisna olmaqla, aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;
- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.
AzVision.az
Teqlər: