Bir günə 100 milyon: Sponsorlar Harrisə qarşı səxavətlidirlər

      Bir günə 100 milyon:    Sponsorlar Harrisə qarşı səxavətlidirlər
  23 İyul 2024    Oxunub:413
Vitse-prezident Kamala Harris ABŞ prezidenti Co Baydenin yarışdan çıxmasından sonra iki gündən az müddətdə yenidən seçki kampaniyası üçün 100 milyon dollar toplayıb.
Bu barədə ABBC News onun seçki qərargahının nümayəndələrinə istinadən məlumat yayıb. Bildirilib ki, onlar bu məbləği Baydenin namizədliyini geri götürdüyünü elan etdiyi vaxtdan bazar ertəsi axşama qədər toplayıblar.

Demokratlar partiyasının milli komitəsi və onun birgə maliyyə toplama komitələri pulların toplanmasında iştirak ediblər. Bundan əlavə, Harrisin kampaniyasında könüllü olmaq üçün təxminən 58 000 nəfər müraciət edib ki, bu da gündəlik orta göstəricidən 100 dəfə çoxdur.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti