Rusiya dizel yanacağının ixracını məhdudlaşdıra bilər

   Rusiya dizel yanacağının ixracını məhdudlaşdıra bilər
  24 İyul 2024    Oxunub:1842
Rusiya hökuməti dizel yanacağının qiymətinin bahalaşması halında onun ixracına qadağa qoya bilər.
Bu barədə “Kommersant” qəzeti mənbələrə istinadən xəbər verib. Nəşr xatırladıb ki, cari ildə ixrac məhdudiyyətləri yalnız benzin üçün tətbiq edilib. Bildirilib ki, ötən il rəsmi Moskva dizel yanacağının ixracını qadağan etsə də, neft emalının azalması riskləri səbəbindən iki həftə sonra qadağanı ləğv edib.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, tam embarqonun tətbiqi üçün hələ heç bir ilkin şərt yoxdur: “Hazırda hökumət dizel yanacağının ixracına qadağa tətbiq etmək imkanını müzakirə edir. Qiymətin bahalaşması fonunda embarqo neft emalı zavodlarına və treyderlərə də təsir göstərə bilər”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Dizel  





Xəbər lenti