"Hizbullah"ın raket qərargahı bombalanıb - VİDEO

 "Hizbullah"ın raket qərargahı bombalanıb -    VİDEO
  24 İyul 2024    Oxunub:291
İsrail Hərbi Hava Qüvvələri Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatının raket mərkəzinə zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Şihin qəsəbəsində yerləşən qərargahdan İsrailə doğru mütəmadi raket hücumları həyata keçirildiyi bildirilir.

İsrail Hərbi Hava Qüvvələrinin əməliyyatı çərçivəsində terrorçuların Kəfrhəmam kəndindəki cəbbəxanası da dağıdılıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Hizbullah   Livan   əməliyyat  





Xəbər lenti