Ermənistanda Rusiya vətəndaşını oğurladılar

   Ermənistanda Rusiya vətəndaşını oğurladılar
  24 İyul 2024    Oxunub:289
Ermənistanda Rusiya vətəndaşı Sergey Ferov qaçırılıb və qohumlarından 650 min dollar tələb edilib. Bu barədə Shamshyan.com. saytı məlumat yayıb. Hadisə iyulun 22-də baş verib.
İlkin məlumata görə, cinayət əməlində 22 yaşlı Gürcüstan vətəndaşı Nikoloz Ataşov və 39 yaşlı Geqarkunik sakini Gevorq S. iştirak edib.

Onlar Ferovu “Lexus” markalı avtomobilə mindirərək Tsaqadzordakı otellərdən birinə aparıblar. Orada onun qohumları ilə əlaqə saxlayıblar və öldürməklə hədələyərək pul tələb ediblər.

Daha sonra polisə əməliyyat məlumatı daxil olub və cinayətkarlar dərhal saxlanılıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti