Baş nazir İvanişviliyə sui-qəsddən danışdı: "Trampı öldürmək istəyənlər edib"

   Baş nazir İvanişviliyə sui-qəsddən danışdı:    "Trampı öldürmək istəyənlər edib"
  24 İyul 2024    Oxunub:288
"Hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişviliyə qarşı sui-qəsd Slovakiyanın baş naziri Robert Fitsonu və ABŞ-ın keçmiş prezidenti Donald Trampı öldürməyə cəhd edən qüvvələr tərəfindən hazırlanıb".
Bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

“Son dövrdə iki terror aktı törədilib - biri Slovakiyada, ikincisi ABŞ-da baş verib. Bu, eyni qlobal siyasi qüvvələri xarakterizə edən ümumi üslubdur”, - Kobaxidze brifinqdə bildirib.

Xatırladaq ki, Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının təsisçisi və sədri Bidzina İvanişviliyə və partiyanın digər yüksək vəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır.

Məhkəmə bir neçə gündür ki, bu iş üzrə insanları dindirir. Sorğu-sual edilənlərin əksəriyyəti Ukraynada döyüşmüş muzdlulardır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti