Qəzzada "Starlink" peyk internet xidməti aktivləşdirilib

   Qəzzada "Starlink" peyk internet xidməti aktivləşdirilib
  24 İyul 2024    Oxunub:247
"SpaceX" şirkətinin baş icraçı direktoru, milyarder İlon Musk "Starlink" peyk internet xidmətinin Qəzza zolağındakı xəstəxanaların birində fəaliyyətə başladığını açıqlayıb.
AzVision.az xəbər verir ki, o bu barədə "X" hesabında məlumat yayıb.

Mask bildirib ki, internet xidmətinin aktivləşdirilməsi BƏƏ və İsrail hökumətlərinin dəstəyi ilə baş tutub. Məlumata görə, sözügedən xəstəxana da məhz Birləşmiş Ərəb Əmirlikləri tərəfindən qurulmuş səhra xəstəxanasıdır. Ölkənin xarici işlər naziri Şeyx Abdullah bin Zayid bu töhfə münasibətilə amerikalı milyarderə öz təşəkkürünü bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qəzza   internet   Starlink  





Xəbər lenti