Peskov Kulebanın sülh çağırışına reaksiya verdi

 Peskov Kulebanın sülh çağırışına reaksiya verdi
  24 İyul 2024    Oxunub:1349
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın sülh danışıqlarına başlamağa hazır olması ilə bağlı Moskvaya ünvanladığı mesajını şərh edib.
“Biz hamımız Pekindən gələn xəbərlərdən bilirik ki, cənab Vanqla görüşdə belə bir bəyanat verilib. Mesajın özü, demək olar ki, bizim mövqelərimizlə uyğun gəlir. Rusiya tərəfi heç vaxt danışıqlardan imtina etməyib... Amma burada hələ bilmədiyimiz detallar var ki, bu da çox önəmlidir. Biz bir qədər məsələyə aydınlıq gətirilməsini gözləyəcəyik”, - Kremlin sözçüsü bildirib.

Xatırladaq ki, iyulun 24-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba çinli həmkarı Vanq Yi ilə söhbəti zamanı sülh mövzusuna da toxunub. O, bildirib ki, Kiyev münaqişənin sona çatması üçün Moskva ilə dialoqa hazırdır. Diplomatın fikrincə, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq üçün rasional və praktiki əhəmiyyət kəsb etməlidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti