Ərdoğan: "Ankara Yunanıstandakı türk azlığını qorumağa davam edəcək"

      Ərdoğan:    "Ankara Yunanıstandakı türk azlığını qorumağa davam edəcək"
  24 İyul 2024    Oxunub:1325
"Ankara Yunanıstanın Qərbi Trakya bölgəsində yaşayan türk azlığının hüquqlarını müdafiə etməyə davam edəcək".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdəki fraksiyasının iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Türkiyə Yunanıstan hökumətinin ölkədəki etnik türklərlə bağlı addımlarını diqqətlə izləyir və lazım gələrsə, vəziyyətə müdaxilə etməyə hazırdır.

Eyni zamanda, Ərdoğan vurğulayıb ki, Türkiyə bütün ölkələrlə dostluq münasibətlərini inkişaf etdirməyə, dost dövlətlər dairəsini genişləndirməyə çalışır.

“Bizə əl uzadanlardan heç vaxt üz döndərmirik”, - deyə Türkiyə lideri bildirib.

Dövlət başçısı Türkiyə iqtisadiyyatının inkişaf perspektivlərinə də toxunub. O qeyd edib ki, 11 illik fasilədən sonra beynəlxalq reytinq agentliyi Moody's tərəfindən Türkiyənin kredit reytinqinin artırılması Ankara üçün “çox gec addımdır”.

"Türkiyənin iqtisadi potensialı bu göstəriciləri əhəmiyyətli dərəcədə üstələyir", - prezident Ərdoğan vurğulayıb.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti