İstanbulda naməlum şəxs insanlara hücum edib - 2 nəfər ölüb

İstanbulda naməlum şəxs insanlara hücum edib -  2 nəfər ölüb
  24 İyul 2024    Oxunub:220
Türkiyənin İstanbul şəhərində naməlum şəxs insanlara bıçaqla hücum edib.
AzVision.az xəbər verir ki, 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Yaralılar təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb. Xəsarət alanların səhhəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Bıçaqlanma hadisəsinin səbəbi və hücuma məruz qalan şəxslərin kimliyi hələlik məlum deyil. Polis təcavüzkarın şəxsiyyətini müəyyənləşdirmək üçün axtarış tədbirlərini davam etdirir.

Həmidə İbrahimova
AzVision.az



Teqlər:





Xəbər lenti