Trampla Kamala Harrisin ilk debatının tarixi açıqlandı

   Trampla Kamala Harrisin ilk debatının tarixi açıqlandı
  24 İyul 2024    Oxunub:253
ABŞ prezidentliyinə namizədlər Donald Tramp və Kamala Harris arasında ilk debatın vaxtı açıqlanıb.
Bildirilir ki, ABC telekanalı tərəfindən yayımlanacaq debat sentyabrın 10-u baş tutacaq. Bu barədə “Politico” məlumat yayıb.

Keçmiş prezident Trampın özü bildirib ki, o, hazırkı vitse-prezident Harrislə debat edəcək və onunla bir neçə dəfə üz-üzə görüşməyə hazırdır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti