Kamala Harris rəqibi Donald Tramp haqqında danışıb

Kamala Harris rəqibi Donald Tramp haqqında danışıb
  24 İyul 2024    Oxunub:262
Winsconsin vilayətində yerləşən West Allis Mərkəz Litseyində təşkil olunan siyasi mətbuat konfrasında ABŞ prezidentliyinə namizəd olan Kamala Harris digər namizəd , rəqibi Tramp haqqında fikirlərini bölüşüb.
AzVision.az ABŞ mediasına istinadən xəbər verir ki, fikirlərində birbaşa Donald Trampı hədəf alan Harris, "Onun necə bir adam olduğunu bilirəm" - deyə media nümayəndələrinə səslənib.

"Donald Tramp tələbələri aldadan bir kollec işlədirdi . Bir hüquq müdafiəçisi olaraq bu işlərdə yaxından iştirak etdim . Tramp 34 fırıldaq işindən şübhəli bilindi . Səhv seçim etməyək. Bu kompaniya sadəcə bizim ona qarşı olmağımızla bağlı deyil . Bu kompaniya kimin üçün mübarizə aparmağımızla bağlıdır. Donald ölkəmizi geriyə çəkmək istəyir. Və onun bu siyasəti orta sinifi tamamilə zəiflədəcəkdir" deyə Harris çıxışında bildirib.

Elnur Məmmədov

AzVision.az




Teqlər:





Xəbər lenti