İran Ermənistanla silah müqaviləsi imzalayıb - İDDİA

   İran Ermənistanla silah müqaviləsi imzalayıb -  İDDİA
  24 İyul 2024    Oxunub:336
İddia edilir ki, İran Ermənistanla 500 milyon dollar dəyərində silah müqaviləsi imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə "İran İnternational" məlumat yayıb. İddiada bildirilir ki, Tehran İrəvanı özünün kamikadze PUA-ları ilə təchiz edir.

"Yaxın Şərqdə yüksək rütbəli hərbi məmur olan mənbənin sözlərinə görə , razılaşma bir neçə müqaviləyə bölünüb və son bir neçə ayda imzalanıb" - deyə məqalədə bildirilib.

Nəşr İranın Ermənistana tədarük edəcəyi hərbi məhsulların eksklüziv siyahısını əldə edib. Buraya "Şahid-136" , "Şahid-129" , "Şahid-197" , "Mühacir" kimi pilotsuz təyyarələr və "Xordad 3" , "Məcid" , "Xordad 15" və "Aman" kimi hava hücumundan müdafiə raket sistemləri daxildir.

Qeyd edək ki, hər iki ölkənin xarici işlər və müdafiə nazirlikləri "İran İnternational"ın şərh üçün sorğusuna cavab verməyib.

AzVision.az



Teqlər: İran   Ermənistan   silah  





Xəbər lenti