İqtisadiyyat Nazirliyində BMT-nin xüsusi elçisi ilə göüş keçirilib

İqtisadiyyat Nazirliyində BMT-nin xüsusi elçisi ilə göüş keçirilib
  23 İyul 2024    Oxunub:850
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim fəaliyyəti və maliyyə üzrə xüsusi elçisi və Xalis sıfır üzrə Qlazqo Maliyyə Alyansının həmsədri Mark Karni ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycanda iqlim dəyişikiyi ilə mübarizə fəaliyyətində iştiraka, ətraf mühitin mühafizəsinə və alternativ enerji mənbələrinin yaradılmasına xüsusi önəm verildiyi qeyd edilib.

Tərəflər Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi qlobal iqtisadi çağırışların həllində fəal mövqeyi, xalis sıfır hədəfinə uyğun biznes həllərinə investisiya, COP29 çərçivəsində potensial tərəfdaşlıq məsələlərini müzakirə ediblər.

Əməkdaşlığın gündəliyində olan məsələlər, o cümlədən, dayanıqlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində iqtisadi məsələlərə dair fikir mübadiləsi aparılıb

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti