Türkiyədə son bir həftədə 94 terrorçu zərərsizləşdirilib

Türkiyədə son bir həftədə 94 terrorçu zərərsizləşdirilib
  25 İyul 2024    Oxunub:483
“Son bir həftədə 94, ilin əvvəlindən isə İraqda 726, Suriyanın şimalında isə 795 terrorçu zərərsizləşdirilib”.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

MİT İraqda 3 terrorçunu məhv edib
Nazirlik PKK-YPG, DEAŞ və FETÖ ilə mübarizəsini fasiləsiz davam etdirdiyini bildirib.

Bundan əlavə İraqın şimalındakı sığınacaqlarından qaçan daha 3 PKK terrorçusu Haburdakı Sərhəd Nəzarət Məntəqəsinə təslim olub. Əməliyyat bölgəsində terrorçulara məxsus çoxlu sayda silah-sursat, mina ələ keçirilib.

Həmidə İbrahimova

AzVision.az



Teqlər:   Türkiyə   terrorçu   PKK  





Xəbər lenti